Lyrics

Çox istərdim, barışım Yalanından qorxuram Bu sevginin kor edən Dumanından qorxuram Başlamağa nə var ki? Davamından qorxuram Sənlə ailə tikərdim Suvağından qorxuram Soruşursan, sevirəm? Sualından qorxuram Sənə necə yox deyim? Cavabımdan qorxuram Gəlim, yanım istinə Ocağından qorxuram Sevgim durub qəsdimə Qucağından qorxuram Bu gün mənim gülümsən Sabahından qorxuram Sən arsızsan, gülürsən Mən arımdan qorxuram Xatirəni yadımda Saxlamağa qorxuram Etibarını sınamaq Yoxlamağa qorxuram Sən dəryasan, sən dəniz Mən batmaqdan qorxuram Sən yanımda olanda Mən yatmaqdan qorxuram Vədlərin elə qəliz Anlamağa qorxuram Elə peşman baxırsan Danlamağa qorxuram Sözlərin güllə, giliz Danışma gəl, qorxuram Ayrılsaq da, biz biriz Qayıtma gəl, qorxuram Sözlərin güllə, giliz Danışma daha, qorxuram Ayrılsaq da, biz biriz Qayıtma gəl, qorxuram Qorxuram
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out