Lyrics

Araz axar su ilə, Dəstə-dəstə gül ilə, Mən yarımı sevirəm Şirin-şirin dil ilə Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın... Bağçaların barı gül, Yarı göncə, yarı gül, Gec açıldın, tez soldun, Açmayaydın barı gül, Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın... Yeri-yeri küsən yar, Yeni eşqə düşən yar, Elçiləri qırılmış... Özü elçi düşən yar! Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın...
Writer(s): Traditional Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out