Lyrics

Uzaqdan ölümün səsi gəlir Mənsə,ona tərəf qaçmaqda Ulduzlar, ay qaranlıq saçır Mən elə hey yalan danışmaqda Tapdanmış bütün müqəddəslər Ədalət ölümü sevən yazarda Dinmədi, bitməz bu həsrət Od tutub yanacaq məzarda Yorğunam durğunluğumdan Kar oldum yalnızlığımdan Lal oldum susqunluğumdan Doymuşam haqsızlığımdan Yorğunam durğunluğumdan Kar oldum yalnızlığımdan Lal oldum susqunluğumdan Doymuşam haqsızlığımdan Çirkin vücudunda yuyundum sədaqətimdən İyrənc yalanlarla dolu saxta təbəssümünlә Yalanlar da belә iyrənib bəraətindən Pak olmuş bütün çirkablar təkəbbürünlə Yorğun körpənin dinmək bilməyən göz yaşlarıyam Cəsədsiz qanlı kəfənəm, simasız baş daşıyam Allah küsmüş dirilərə, bezmiş ey fani insan Mən qibləgahsız, peyğəmbərlərin qarğışıyam Çirkin vücudunda yuyundum sədaqətimdən Yalanlar da belә iyrənib bəraətindən Yorğun körpənin dinmək bilməyən göz yaşlarıyam Mən saxta müqəddəslər tanrısıyam İllər sonra gözlərim gözünə baxıb, güləndə Qəlbinin içində gizli-gizli sızlayacaqsan Onda yenidən qayıdıb bir də ötən günlərə Mənsiz həyatına bil ki, ağlayacaqsan İllər sonra gözlərim gözünə baxıb, güləndə Qəlbinin içində gizli-gizli sızlayacaqsan Onda yenidən qayıdıb bir də ötən günlərə Mənsiz həyatına bil ki, ağlayacaqsan
Writer(s): Hikmat Poladzade Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out