Lyrics

Gecələr gündüzümlə qarışıqdır, axır vaxtlar Bilirəm hamı gedəcək, amma nə olar, sən buraxma Ən yaxın dostlardan xeyir yoxdur, hamsı saxta Səndən uzaq olsam belə xatirələr qalıb otaqda Hər gün eyni dərdi çəkən bulaqdır, gözlər yaşımla Sadəcə bir baxışa görə qaldın əbədi yaddaşımda Bu mahnının yazılmağına səbəb sənsən ən başında Başqalarına bənzəmirsən, onlar artıq yadlaşırlar Yuxusuzluq dəli eləyir istəmədən ağlayanda Sən gecələr şirin yuxuda nə olar mənə görə oyanma Öskürək də bir yandan, sən bir yandan, dərd bir Yandan, sıxır məni, "yaxşıyam" desəm, inanma Mürəkkəbdən ətrin gəlir, vərəqlərim kövrələndə Zaman geriyə qaytarmır, xatirələri köhnələndə Həyatıma girmisənsə, əziyyət olar, çıxma bir də Ciyərlərim tütün istər, qəlbə qonaq sən gələndə Ətrini məndən alır küləklər Sən həmişəlik dustaq ürəkdə Qucaqla məni, bir yerdə ölək gəl Cismimi al, ruhumsa göylərə Ətrini məndən alır küləklər Sən həmişəlik dustaq ürəkdə Qucaqla məni, bir yerdə ölək gəl Cismimi al, ruhumsa göylərə Həmişə susdum mən, yazım bir-iki cümlə Boz həyatın çərçivələri rəngə dolur sən güləndə Sözlərin qədər isitmir gözlərini düşünmək də Sənsiz gecələr çoxalır yoxluğunu düşünməkdən Gözyaşım torpaq olsa basdırardım özümü orda Yaşamağıma səbəb olsun - qəlbindən ümid yolla Arzuların böyükdürsə, mənə də bir yer ayır orda Sən gülümsə mən dərdinə ağlayaram narahat olma Sənlə yazdığım talehi, kaş öncədən pozsaydım Münasibət dağılırdı, sən bu işdə ustaydın Sənsizlik möcüzəydi, amma ki, mən yox saydım Hər şey daha gözəl olardı, qollarımda olsaydın Ətrini məndən alır küləklər Sən həmişəlik dustaq ürəkdə Qucaqla məni, bir yerdə ölək gəl Cismimi al, ruhumsa göylərə Ətrini məndən alır küləklər Sən həmişəlik dustaq ürəkdə Qucaqla məni, bir yerdə ölək gəl Cismimi al, ruhumsa göylərə Ətrini məndən alır küləklər Sən həmişəlik dustaq ürəkdə Qucaqla məni, bir yerdə ölək gəl Cismimi al, ruhumsa göylərə
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out