Lyrics

Yenə 10 yaşındayam, 5 iyun yığılmışıq parkda Baxıram kənardan öz ad gününü qeyd eləyən Orxana asta Asta baxıram ki, tanımasın, birdən tanıyar qorxar Necə saf cizgilərin var imiş, niyə belə dəyişdin, Orxan? Yenə 13 yaşındayam, iyunun sonu, Mərkəzi Univermaq Dostumuza hədiyyə seçirik, bu qədər dost, bu qədər doğma Bu qədər şən, zarafatcıl, dosta görə can yandıran oğlan Hara getdi bu qardaşlıqlar, niyə belə dəyişdin, Orxan? Yenə 15 yaşındayam məktəbin damında səhərə yaxın İllər keçəcək, amma bir də olmayacan Allaha bu qədər yaxın 20 yaşındayam, gözlərim yol çəkir İnanıram çox sevənim var Çoxunun ürəyinin içindəyəm, niyə belə dəyişdin, Orxan? Bu gün 30 yaşındayam, heç dəyişməmişəm əslində Bu soyuq körpüdə həyat hönkürər Həyat bəhs edər ölümün əksinə Bir daha düşünüm, dərin nəfəs alım, bir daha bərk durum Əlimdə son damla cəsarət və ilk vəda məktubu Məni xatırla Mahnılarım silinməsin qoy yaddaşından Məni xatırla İstəməzdim bəlkə bu qədər erkən daş olmaq Bu qədər günahı kim dedi bir "bağışla" silər? ("bağışla" silər) Məzarıma qoyduğun dodaq boyasını Bir payız günü yağışlar silər Məni xatırla Mahnılarım silinməsin qoy yaddaşından Məni xatırla İstəməzdim bəlkə bu qədər erkən daş olmaq Bu qədər günahı kim dedi bir "bağışla" silər? ("bağışla" silər) Məzarıma qoyduğun dodaq boyasını Bir payız günü yağışlar silər Məni xatırla
Writer(s): Broken Vibez, Orxan Zeynallı Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out