Lyrics

Niyə hər şeyi çevirdin əksinə? Xatirələri düzürəm önümə Baxaraq, yad edərək keçirəm Yenə də gözüm ilişir səhvinə Yaralamaq istədi məni dərindən Niyə heç nə də gəlmədi əlimdən? Bitdi sənin üzündən Məni çıxarır yenə amma özümdən Həmişə qalardım axı qayğısına?! Nə də baxa bilmərsən ayrısına Günah məndədir ki görmür eybini Mən susuram, çəkir, amma meylimi Səndən ayrı qaldım özüm bilmədən İndi xəyal edirəm mən görmədən Necə yol aldın geriyə dönmədən? Dönsən, var ruhsuz bir bədən Onsuz qaldım tək, tənha Elə bil ki qəlbim boş səhra Olsun yenə mənim ağlımda Düşünürəm onu yenə ağlımda Onsuz qaldım tək, tənha Elə bil ki qəlbim boş səhra Olsun yenə mənim ağlımda Düşünürəm onu yenə ağlımda Düşünürəm onu yenə ağlımda Nələr düşünür, görəsən, haqqımda? Mənim yanıma gəlir, amma nə ağılla? Gözləyir, bəlkə gələrəm ardından? Elə bilmə almıram mən vecə səni Axı yad eləyirəm hər gecə səni Yuxularımın gözəli, tək əsəri Məndən uzaq olur, amma mən əsiri Hər şey geri dönəcək bir zaman Bilməm kimdə qalacaq inam Duysun məni, duysun məni Qoy dərindən vursun məni Hər şey geri dönəcək bir zaman Bilməm kimdə qalacaq inam Duysun məni, duysun məni Qoy dərindən vursun məni Onsuz qaldım tək, tənha Elə bil ki qəlbim boş səhra Olsun yenə mənim ağlımda Düşünürəm onu yenə ağlımda Onsuz qaldım tək, tənha Elə bil ki qəlbim boş səhra Olsun yenə mənim ağlımda Düşünürəm onu yenə ağlımda
Writer(s): Cavidan Burcəliyev Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out