Lyrics

Mәn o qәdәr gözәl yazdım, özünü tapdın hәr bir sәtirdә Guya ki, xoşbәxt idik - yazılır sәmimi mәtnlәr Ən gözәl yalanları bәzәmişdin sәmimiyyәtinlә Necә unutmusansa, sәnin qoxun gәlmir әtirdәn Ömrümü apardı illәr, qalmadı gözlәrindә qәm Nә qәdәr incisәm dә qapım açıqdır, gәlmәk istәsәn Qәlbimi qırdın, xәtrimi yerlә bir elәdin Yәqin, gözәl gözlәrin üzümü dә görmәk istәmәz Sәni düşünәndә hallı oluram, mәni ayıq axtar Dedin ki, "sonra danışaq" - keçibdir 4 ay o vaxtdan Sәnsiz sıxır hәyat, uzaqdayam paytaxtdan Demәli, hәlә dә sevirәm, sәni silmәdimsә kontaktdan Sәn sarı yarpaqlara әmanәt elәdin hisslәri Mәn payızı sevәn qaranquştәk hәsrәtәm sәnә Biz hәrşeyi bir qırağa atıb dәrdi gizlәdik Siz xoşbәxt olun elә vә o sәnә mahnı bәstәlәr Bәlkә dә gözәl olardı sәnlә dәniz kәnarında Sevdiyimiz musiqini eyni qulaqcıqda dinlәmәk Şәhәrin әn yüksәk nöqtәsindәn gün batımını İzlәmәk kimidir sәnin tütün baxışlarını izlәmәk Bәlkә dә gözәl olardı sәnlә dәniz kәnarında Sevdiyimiz musiqini eyni qulaqcıqda dinlәmәk Şәhәrin әn yüksәk nöqtәsindәn gün batımını İzlәmәk kimidir sәnin tütün baxışlarını izlәmәk Bir yuxu gördüm, gördüm mәnimlәsәn Hәyatım taxta üstә, qoşa gәlmәdi әlimdә zәr Hәr dәfәsindә adını yazanda mәnim әlim әsәr Sevgiyә canını verәn adam ruhәn әlil gәzәr Yoxluğun әsdirmir dodaqlarımı, çox hәzindir Sәni bir dәfә qucaqladım, qoxun ömürlük әlimә sindi Dedim ki, bir dәfә unutmuşdusa daha sevmәz indi Gedişin 4 ay oldu, әlimdә illәr әzildi Bilirdin ki, şeir elәmәk sәnçün mәnim әlimdә heç nә idi Bir vaxtı arzumuz var idi - "gәlin-bәy" istәkdir Sonuncu görüşdәn sonra öldüm, kәfәn dәyişib әyni "Mәn sәni sevirәm"lәri başa düşdüm "Gedirәm" nәydi?! Arada qonaq gәlirsәn hәyatıma, cәnnәti görürәm Ertәsi gündәn çox qorxuram ki, uzaq olasan Şәrabla dönürdü dünya, aparır hәsrәtin ölümә Qürurumu yerlә bir etmişdim ki, sәn uca olasan Bәlkә dә gözәl olardı sәnlә dәniz kәnarında Sevdiyimiz musiqini eyni qulaqcıqda dinlәmәk Şәhәrin әn yüksәk nöqtәsindәn gün batımını İzlәmәk kimidir sәnin tütün baxışlarını izlәmәk Bәlkә dә gözәl olardı sәnlә dәniz kәnarında Sevdiyimiz musiqini eyni qulaqcıqda dinlәmәk Şәhәrin әn yüksәk nöqtәsindәn gün batımını İzlәmәk kimidir sәnin tütün baxışlarını izlәmәk
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out