Lyrics

Bu dünyada sevgi əbəs həvəs ola bilər Məni yaşadandır qəlbimdə olan Təbəssümün olmasa, bu dünya qəfəs ola bilər Sənlə yaşlanmaqdır əlimdə olan "Yox" söyləmə mənə sən Çox söyləmə mənə sən Ürəyində saxlama arzularını "Yox" desən də mənə sən Çox desən də, sevirsən Bilirəm gizlədirsən duyğularını Çıxıb gedirəm uzaqlara Qoyma məni yalnız qalım mən Hisslər özü ifadədir Ayrı hər şey bəhanədir Sevgimiz bir əfsanədir Bu dünyada məsafələr səbəb ola bilər Sənlə uzaq olsam da, ol mənə yaxın Yaxın olsan əgər, başqa mənə nə dərd ola bilər? Neylərəm bu həyatı mən sənsiz axı?! "Yox" söyləmə mənə sən Çox söyləmə mənə sən Ürəyində saxlama arzularını Yox desən də mənə sən Çox desən də, sevirsən Bilirəm gizlədirsən duyğularını Çıxıb gedirəm uzaqlara Qoyma məni yalnız qalım mən, ey Hisslər özü ifadədir Ayrı hər şey bəhanədir Sevgimiz bir əfsanədir Sevgimiz bir əfsanədir
Writer(s): Orxan Abbasov, Zamiq Hüseynov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out