album cover
Gülüm
10,097
Hip-Hop
Gülüm was released on September 1, 2022 by Musics of Azerbaijan LLC as a part of the album Gülüm - Single
album cover
Release DateSeptember 1, 2022
LabelMusics of Azerbaijan LLC
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM73

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Elvin Nasir
Elvin Nasir
Alto
COMPOSITION & LYRICS
Elvin Nasir
Elvin Nasir
Lyrics

Lyrics

Gül ki, ey qönçə dodaqlım ki baxım, məndə gülüm
Tanrı bir başqa gözəllik yaradıb səndə gülüm
Mürği-dil boylanar hərdən qara xalın tərəfə
Ac quşun bir gözü adətdi qalar dəndə, gülüm
Gül ki ey qönçə dodağlım ki,baxım mən də gülüm
Ürəyim şad olsun,gözümdə nəm gülsün
Sənin ol gülüşlərin,cəhənnəmdə sərin sudur
Gülümsə bircə dəfə,əhli cəhənnəm gülsün
Yanağda qəmzələrin,sərxoş edir aşiqini
Mənə eşqin şərabın süz,bu qərib,dəm gülsün
Eşqidir Adəmi buğdayə tərəf sövq eləyən
Gülümsə Həvva üçün ki,baxıb Adəm gülsün
Mən ki,bir dünya yaratdım,içi insan doludur
İstədim bəni Adəm,bir dəfəlik,cəm gülsün
Sən demə hər biri eşqinlə doğulmuş cahana
Gül ki,ey qönçə dodağlım,bütün aləm gülsün
Yazdığım misralar,dostum olub yoxluğunda
Gül ki ey qönçə dodağlım,mənə həmdəm gülsün
Neçə pərvanələr də qeybə çəkilmiş deyəsən
Bir dəfə eylə təbəssüm,əriyən şəm gülsün
Təbibin dərmanı bezmiş,sinəmdə yarəmdən
Nə olar,bircə dəfə gül ki,bu məlhəm gülsün
Bu dünya qaranlığdır,dərdlərimin kölgəsindən
Gülümsə,bütün dünya,mənimlə bahəm gülsün
Bir adam nə qədər içər,eşq şərabın,tək başına?
Eşqimin sahibi,gül,əlimdə badəm gülsün
İçimdə alovlarımdır,gözümdə yaş tək axır
Gül ki ey qönçə dodağlım,bu yanar qəm gülsün
Mənə ilhamı verən Rəbbə şükürlər olsun
Gül ki,ey qönçə dodağlım,belə mülhəm gülsün
Yığışıb bütün duyğular eşqin matəminə
Gülümsə,yas bitsin,qoy əhli-matəm gülsün
Gül ki, ey qönçə dodaqlım ki baxım, məndə gülüm
Tanrı bir başqa gözəllik yaradıb səndə gülüm
Mürği-dil boylanar hərdən qara xalın tərəfə
Ac quşun bir gözü adətdi qalar dəndə, gülüm
Written by: Elvin Nesirov
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...