Lyrics

Həyətimizdə soyuq hava Günəş düşür, amma ki pəncərədə soyuq adam Gözlərim çəkirdi yol, ruhum tərki-bədən, qəm Həmişə kimisə gözlər, nə vaxtsa tərk edilənlər Yaralarım çətinləşdirir yolu Gedirəm bir yuxarı, yüz aşağı, var səbəbi pis uşağın Soyuq əllər, daha soyuq ürəkli qız uşağı Qar adamlarının böyütmək istəmədiyi buz uşağı Fəsillər oynadıqca yeni günə nifrət etmək Səhərlər oyandıqca yanımda dərd var idi Dərs, bir də ibrət var idi, sən yox idin Adımı da sevə bilmədim heç cür onu sən qoymadıqca Ad günümdə boş açıqca bəs edərdi, sevgini əşya sandım Gündəlik sevinc vermirdi kimsə gündəliyimə beş yazanda Bu gün artıq şaxta baxışlardır öz vədim Amma ki məktəbin həyətində yolunu çox gözlədim Qaç, yenə gizlən Görməsin gözlərin yaş Yenə gözdən Axmasın, istədim Mahnılarda, nağıllarda Orada varam, ağrılarda Səhv yenə bizdə Qaç, yenə gizlən Görməsin gözlərin yaş Yenə gözdən Axmasın, istədim Mahnılarda, nağıllarda Orada varam, ağrılarda Səhv yenə bizdə Bütün həyat yolunu mən, bir də tək ana Zərif olmaq istəyirdim Amma bu gün poladdan da bərk adam Tənhayam, sarı simlərimdə çalır sənsizlik tar-kaman Bu yoxluqda var xeyir, sevə bilmir ürəkdən Atası tərəfdən qəlbi bir dəfə sınanlar, deyib Bədən ruha dar geyim Bütün seçimlərdə sən, səhvlərimdə sən Bağlı gördüyüm hər qapıda elə bilirəm ki, içəridəsən Ağlamaq istəyəndə çiyin axtarırdım, sən yox idin Məni incidənləri incitməyə cəsarətim də çatmayanda Sən yox idin, görəsən, harada idin? Sən başqa evi isidəndə mən soyuq qarda idim Səni aparan geniş yollarda, darda idim Nə qədər səslədim, səs gəlmədi, naləmin imdadı idin De görüm, sağmı idin? Nə hissdir açarı olmaq əbədi qapısı bağlı evin? Qaç, yenə gizlən Görməsin gözlərin yaş Yenə gözdən Axmasın, istədim Mahnılarda, nağıllarda Orada varam, ağrılarda Səhv yenə bizdə Qaç, yenə gizlən Görməsin gözlərin yaş Yenə gözdən Axmasın, istədim Mahnılarda, nağıllarda Orada varam, ağrılarda Səhv yenə bizdə
Writer(s): Emin Memmedov, Orxan Zeynallı Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out