album cover
Park
59
Hip-Hop/Rap
Park was released on September 27, 2024 by Musics of Azerbaijan as a part of the album Bir Gün - EP
album cover
Release DateSeptember 27, 2024
LabelMusics of Azerbaijan
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM64

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
BADCLAUSE
BADCLAUSE
Lead Vocals
COMPOSITION & LYRICS
Mirmövsüm Əhmədov
Songwriter
PRODUCTION & ENGINEERING
Tamas Ferenczy
Tamas Ferenczy
Producer
Sean Huang
Sean Huang
Producer

Lyrics

Yaşadığı binanın ən sonuncu mərtəbəsində addım atmaq
Ya atmamaq arasındakı dilemmada fikirlərlə müharibəsində yalnızdır
Varmı kimsə gözləyəni, yoxsa o nahaq yerəmi özü dirənir?
Bu əsna, bu məqam tanış gəlir... Danışım, deməli
Dünyada zülm onun payına düşüb, qeybə çəkilib üzündə saf gülüşü
Hər dəqiqə daha da fikirli, qərarsız, beləcə günlər, aylar ötüşür
Bir neçə dərd gizlədib özlüyündə o zamansız intiharlar üçün
Həyat gözlədiyi kimi gedir, o gözləyir
Həyat gedir, deyir: harada düşüm?!
Bezarlıq qopmur üz-gözündən, hiss eləyir hər an özün daha dibdə
Artır ürək döyüntüləri, həyəcan, qorxur ki, aşağıya baxa birdən
Gecələri də qarışmır xeyrə, görmür evdə qayğı, yox daha diqqət
Borc-xərc içində, min dərd içində
Amma özün əsla ucuza sata bilməz
Belə deyim, vəziyyət o həddə gəlib ki
Heç bir xoş söz ürəyi yumşaltmır
Mən ona günəşi göstərirəm
O isə əlimə baxır, görmür göyqurşağını
Səmada parıltı heç bir şey ifadə eləmir, heç bir işartıya
Yer yoxdur qaranlığında, həminki yaş da deyil yaşı artıq
Səhrada geriyə dönmək belə irəliləmək kimidir
Öz həyatına ayna arxasından baxıb
Heç nə edə bilməmək kimidir
Və yenə oyanır, hər gecə eyni yuxu, bir aydır ki, dəli kimidir
Yaşayıb gördüyü həyat deyil, yuxuda belə ölə bilməmək kimidir
Heç bir qış onu üşütməyib mənim soyuqluğum qədər
Özümü nə qədər axtardım, tapmadım
Qayıtdım ona vurulduğum yerə
Səni soruşur hər doldurduğum qədəh
Gözlərinmiş boğulduğum dərə
Mənlə istədiyin qədər vidalaş
Amma heç vaxt "son" olduğun demə
Göz gəzdirirəm, özü yoxdur otaqda
Amma ki, hara baxıram, hər yanda o var
Başqa fəsillərdə doğmalıq yox, yenə soyuqlar ola, noyabr ola
Xatirələrin əksəri unudulmuş, düşürəm artıq hər yada uzaq
Çata bilmədim heç fəryada, eləcə itib getdi dəryada o da
Parça-parça yığım göz yaşından, birləşdirim özümü
Mümkünsüz saydığın bu məhəbbətsə, mümkünləşdirim özümü
Nəzərimdən yayınan nə hissin qalıbsa, de, üzləşdirim özümü
Bitməsin istəmirsənsə sözlərimin, vergülləşdirim özümü
Mənə olan eşqin bir vaxt canfəşanlı idi
Uşağın oyuncaq həvəsinə bir
Sən azadlıq istəyirdin, mənsə qəlbimə bağlayıb səni qəfəs elədim
İndi sevgi qalıb ovucumda, nə gözləyənim var, nə də sevənim
Özgə meylərə sərxoş oldun, əldə bir qədəh şərab məni əvəz elədi
Written by: Mirmövsüm Əhmədov
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...