album cover
İstehza
album cover
İstehza was released on August 13, 2026 by mikpro as a part of the album İstehza - Single
August 13, 2026
Labelmikpro
BPM95
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

Can verməyə gələn, can apardı
Ölümə can atardıq
Yuxu, fikir, qan apardı
Təkəbbür yıxdı Napoleon Bonapartı
"Fleur blanche, Blawnsh" takt verdi
Mənə Əbdürrəhim bəy haqq verdi
Dedi: "Okaber canavardır"
"The big bad wolf", bunu başdan yarat
Dəyişir yaltaqlar ortancıl barmağı baş barmağa
Unudur molla oxuduqlarını görəndə aşla qara
Tülkülər Həccə gedəndə dişi tülkülər də yaşmaqlanar
İstər qəbullanma, istər qəbullan
Ya düşürük aşağı, ya da kiminsə qəbuluna
O da soruşur katibəsindən ki, "nə danışır, ə, bunlar?"
Ya ətraf yellənir, ya mən yellənirəm, ya bunlar
Ya mən yellənirəm, ya bunlar
Ya mən yellənirəm, ya bunlar
Ya ətraf yellənir, ya mən yellənirəm, ya bunlar
Ya mən yellənirəm, ya bunlar
İstisna bədənlər istehkam, gedənlər istedad
İstismar edənlər istefa verənə qədər
İstehsal edəcəm istehza
Nə soyuğu, nə istisi var
Çarmıxa üç mismar vuran iblissən
Mistik qal, otur qıraqda pis-pis bax
Davam edir istintaq, insana istiqlal
Soyuq savaşda isti silah
İstismar edənlər istefa verənə qədər
İstehsal edəcəm istehza
İstər qəbullanma, istər qəbullan
Ya düşürük aşağı, ya da kiminsə qəbuluna
O da soruşur katibəsindən ki, "nə danışır, ə, bunlar?"
Ya ətraf yellənir, ya mən yellənirəm, ya bunlar
Ya mən yellənirəm, ya bunlar
Ya mən yellənirəm, ya bunlar
Ya ətraf yellənir, ya mən yellənirəm, ya bunlar
Ya mən yellənirəm, ya bunlar
Written by: Erik Mukashev, Orxan Mustafazadə
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...