album cover

OMINOUS

126Hip-Hop/Rap2026
album cover
OMINOUS was released on November 14, 2026 by UnderGame as a part of the album OMINOUS - Single
ReleasedNovember 14, 2026
LabelUnderGame
BPM95
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

Doxsanda gözümü açdım
Bakı səmaları
Uşaq ikən qapı ağzın pusdum
Duydum evdə davaları
Ürəkdə qorxularım
İçə düşən qumbaradır
O vaxtdan qapalı dünyam
Gizli mənalar yaradır
Hip-hopu qovaladım
Şüuraltım kirlidir, albomum qaradır
Yoxsul cibinizdən götürdüyüm oğurluq paradır
Yazdığınız şərhlərlə sarıdığım yaradır
Sözlə atdığınız daşdan ucaltdığım qaladır
Yaxşı yaşamaq üçün günü günlərə caladım
Dedilər, cənnət buradır, mən də cəhənnəm aradım
Zirvədən aşağı uçdum, kəsildi qanadım
Belimi söykədiyim divar qopdu, dostu hecaladım
Uşaqlıq arzuları keçdi qırıq velosipedlə
İndi ağ Mercedes çapır, ünvan Eldorado
Artdıqca şöhrət dilinə düşdüm camaatın
Duydum şayiələr haqqımda, parlayır çirkabda adım
Verginən “reload”-u, köhnə şairlər bir oldu
Bizim canımız əmanətdir, sözümüz girovdur
Qoyduq hamısın, xəzinə oldu
Qalıb dad verən “vino”-dur, götür
Qərbdən gələn “still” ilə, Şərqdən minordur
Günəşsiz bu gün Bakı ağ-qara kinodur
Nə üçün oynayırıq rollar hər gün, rejissora sordum
Getdiyim bu yolda çətin qazandım pullar
Sonda itirdim insanlar, denən, səncə, mənə nə oldu?
Hər sətirdə göynəyirsən?
O zülm edən yanında, çətində böyüyürsən
O zümrədən, mənə heç nə gətirmə öyünüzdən
O cümlədən, mənə hətta salam da gətirmə böyüyünüzdən
Yolda maneə də olur hər saniyəyə doğru
Bəzən ailə, şəxsi, bəzən maliyyədən olur
İnsanı yolda tanı, yolun mahiyyəti budur
O, şəxsiyyəti qurur, şəxsin əziyyəti budur
Seçim məsuliyyəti
Əlimə düşən kimi mənə anlatdı
Seçdiyim azadlığın xasiyyətin
Tutduğum yol—bir ömürlük məzuniyyətim
Yol boyu əlimdə ləyaqət, müvazinətim
Repi ötəri sayan bir nəslin
Repi şeirin betəri sayan kəsimin
Verdim sübutunu
İzlədim zalın təəccüb sükutunu
Hansı işarəsi idi “mainstream”-in süqutunun
Küçəyə “fame”-lə birgə həm maarif lazım
Yeni tərif, yeni məhsul, yeni tərif lazım
Hər müəllif yazan kağız hissəsi pazılın
İndi rep yolunda “track” əvəzi tarix yazılır
Bunu sahibi olan, adamsız itlərə ithaf et
Elə adamcıl itlərə lütf-affet
Yenə dadandı, Hitlerə Luftwaffe
Yenə Wermacht, yenə qaz kameraları duş-kabin
İntensiv insan qışqırıqlarından sınmış kafel
Yoxdur burada “Lux Café”
Bura “City of God”, mən Buscapé
Lev Mışkinin ətrafında nə qədər “идиот” var
Birinə “пушка” ver, birinə püşk at, get
Bundan sonra sən də
Sənə bənzəməyənlərə “чушка” de
Bura Sin City, biz Onyx
Elə bil son iki cümləni yazıb Ominus
Saat on iki, gecə ulduzlu
Bizə qarşı çıxanları gördünmü, necə uduzdu?!
Quduzluq qanımızdadır xroniki
Hər sətirdə göynəyirsən?
O zülm edən yanında, çətində böyüyürsən
O zümrədən, mənə heç nə gətirmə öyünüzdən
O cümlədən, mənə hətta salam da gətirmə böyüyünüzdən
Written by: İBrahim İBrahimov, Orxan Mustafazadə, Pərviz Quluzadə

Shazam Footer

Select language:
Google Play Store
Apple App Store
Chrome Web Store
Galaxy Store

Follow Us

Loading...