歌词

Alagözlüm, səndən ayrı gecələr Bir il kimi uzun olur, neyləyim? Bağçamızda qızıl güllər hər səhər Tezdən açır, vaxtsızsolur, neyləyim? Bağçamızda qızılgüllər hər səhər Tezdən açır, vaxtsız solur, neyləyim? Nərgizlərin gözü yaşla dolanda Bənövşələr baxıb qəmgin olanda Qərənfilin gözü yolda qalanda Yasəmənlər saçın yolur, neyləyim? Qərənfilin gözü yolda qalanda Yasəmənlər saçın yolur, neyləyim? Çiçəklərin çəkir gözü intizar Ayrılıqdan betər dünyada nə var? Çiçəklərin çəkir gözü intizar Ayrılıqdan betər dünyada nə var? Yaz axşamı səni bil ki, bu Nigar Həzin-həzin yada salır, neyləyim? Yaz axşamı səni bil ki, bu Nigar Həzin-həzin yada salır, neyləyim? Tez gələsən, bəlkə əlac verəsən Sünbüllərin saçın yığıb hörəsən Çiçəkləri gəlib özün dərəsən Yolda qalıb baxışları, neyləyim? Çiçəkləri gəlib özün dərəsən Yolda qalıb baxışları, neyləyim? Çiçəklərin çəkir gözü intizar Ayrılıqdan betər dünyada nə var? Çiçəklərin çəkir gözü intizar Ayrılıqdan betər dünyada nə var? Yaz axşamı səni bil ki, bu Nigar Həzin-həzin yada salır, neyləyim? Yaz axşamı səni bil ki, bu Nigar Həzin-həzin yada salır, neyləyim? Həzin-həzin yada salır, neyləyim? Alagözlüm, səndən ayrı gecələr
Writer(s): Emin Sabitoğlu, Nigar Refibeyli Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out