歌词

Şairlərin sözündə Sən Aysan, mən ülkərəm Aşıqların sazında Sən Əslisən, mən Kərəm Ay, sənə qurban, sənə Can sənə qurban, sənə Ay, sənə qurban, sənə Can sənə qurban, sənə İnsaf eylə, az məni Odlara yandırsana İnsaf eylə, az məni Odlara yandırsana Aşıqların sazında Sən mizrabsan, mən teləm Şeir, sənət yazında Sən gülsən, mən bülbüləm Ay, sənə qurban, sənə Can sənə qurban, sənə Ay, sənə qurban, sənə Can sənə qurban, sənə Eşqini min naz ilə Sən mənə anlatsana Eşqini min naz ilə Sən mənə anlatsana Şeir, sənət bağında Sən nəğməsən, mən sözəm Ömrümün gənc çağında Sən Günəş, mən gündüzəm Ay, sənə qurban, sənə Can sənə qurban, sənə Ay, sənə qurban, sənə Can sənə qurban, sənə Həyatıma nur saçıb Məni işıqlatsana Həyatıma nur saçıb Məni işıqlatsana
Writer(s): Arif Melikov, Aslan Aslanov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out