制作
出演艺人
Zülfiyyə Xanbabayeva
领唱
作曲和作词
Nailə Mirməmmədli
词曲作者
Əhmədağa Şahin
词曲作者
制作和工程
Nailə Mirməmmədli
制作人
歌词
Buludlar baş alıb harasa gedir
Göylər qəzəbindən ağlayır, nədir
Həsrətin qəlbimi pərişan edir
Hardasan? Gözləri yolda qalmışam
Qayıt gəl, səninçün çox darıxmışam
Buludlar baş alıb harasa gedir
Göylər qəzəbindən ağlayır, nədir
Həsrətin qəlbimi pərişan edir
Hardasan? Gözləri yolda qalmışam
Qayıt gəl, səninçün çox darıxmışam
Ağaclar başına qoydu qar papaq
Ağ libas geyindi bu yer, bu torpaq
Sən bir sənə olan məhəbbətə bax
Şaxtada çovğunda yolda donmuşam
Ağaclar başına qoydu qar papaq
Ağ libas geyindi bu yer, bu torpaq
Sən bir sənə olan məhəbbətə bax
Şaxtada çovğunda yolda donmuşam
Qayıt gəl, səninçün çox darıxmışam
Qayıt gəl, səninçün çox darıxmışam
Sən mənim qəlbimdən gəlib keçmisən
Eşqinin sultanı məni seçmisən
Dönərsən eşqimə tezmi, gecmi sən?
Sənsiz bir gecəni bir il sanmışam
Qayıt gəl, səninçün çox darıxmışam
Şikayət etmirəm məhəbbətimdən
Əritdim özümü həsrətinlə mən
Hardasan, hardasan? Qayıt geri, sən
Sənsiz dünya qəfəs, mən də bir quşam
Şikayət etmirəm məhəbbətimdən
Əritdim özümü həsrətinlə mən
Hardasan, hardasan? Qayıt geri, sən
Sənsiz dünya qəfəs, mən də bir quşam
Qayıt gəl, səninçün çox darıxmışam
Qayıt gəl, səninçün çox darıxmışam
Qayıt gəl, səninçün çox darıxmışam
Written by: Nailə Mirməmmədli, Əhmədağa Şahin

