制作
出演艺人
Günel Qurbanova
表演者
作曲和作词
Günel Qurbanova
词曲作者
歌词
Məni sənsiz qoydun yenə bu gecə,
Sabahdan axşama yaman gizlicə
Dilədim Tanrıdan, bir bilsən necə:
“Unutdur kədəri, getmə bir gecə”.
Sənlə sənsizliyi yaşamaq çətin,
Göz yaşımla yazılır bu gün hər sətir.
Söylədim qəlbimə bir-bir hər gecə:
“Unut o sevgini, bitsin bu gecə!”
Bir anın içində əlac ol yarama, yarama, yar,
Sevgim əllərindədir, onu özgələrdə arama, arama, yar!
Dünyamın içində əlac ol yarama, yarama, yar,

Niyə sənsiz qoydun məni bu gecə?
Səhərin ümidi sonra keçdikcə
Üzülür bu qəlbim yarpaq tək incə…
Unutdur kədəri, getmə bir gecə!
Sənlə sənsizliyi yaşamaq çətin,
Göz yaşımla yazılır bu gün hər sətir…
Söylədim qəlbimə bir-bir hər gecə:
“Unut o sevgini, bitsin bu gecə!”
Bir anın içində əlac ol yarama, yarama, yar,
Sevgim əllərindədir, onu özgələrdə arama, arama, yar!
Dünyamın içində əlac ol yarama, yarama, yar,
Sevgim əllərindədir, onu özgələrdə arama, arama, yar!
Məni sənsiz qoydun yenə bu gecə…
Bir anın içində əlac ol yarama, yarama, yar,
Sevgim əllərindədir, onu özgələrdə arama, arama, yar!
Dünyamın içində əlac ol yarama, yarama, yar,
Sevgim əllərindədir, onu özgələrdə arama, arama, yar!
Written by: Günel Qurbanova