歌詞
Sənsiz bu dünyanın dadı qalmayıb
Sənsiz gözlərimin nuru qalmayıb
Sən yoxsan sevincim,şadlığım itib
Yoxluğun özüylə əzab gətirib
Sən yoxsan,dəyişib bahar da,qış da
Sən yoxsan dəyişib qar da,yağış da
Sən yoxsan tənhalıq hey məni sıxır
Elə bil hər şeydən sənsizlik baxır
Yalvarıb tanrıdan səni diləsəm
Ömrümə,günümə səni isdəsəm
Sənə çatacaqmı görən harayım
Səni sevmək oldu mənim günahım
Sən yoxsan,dəyişib bahar da,qış da
Sən yoxsan dəyişib qar da,yağış da
Sən yoxsan tənhalıq hey məni sıxır
Elə bil hər şeydən sənsizlik baxır
Written by: Rəqsanə İsmayılova