Lyrics

Sakit, səssiz həyat Verib özümə yeni bir şans Boş ver, getsin keçmiş Şeytan deyir, sil hər şeyi, yenidən yaz Hər yer olsa qaranlıq Daha deyiləm üzülən Çəksəz də pəncərəmə pərdə Günəşin işığı düşəcək üzümə Sus, səsimi dinlə Bu şəhər bizə ağ-qara şəkillər kimi Sev gecəni, qaç bizi öldürən Mənasız rənglərin əlindən Sayıram, amma istəmirəm Ürəyimdəki kəpənəkləri Zəng elə gecələr deyib Sevdiyim və unudulmayan biri var dərində Sakit, səssiz həyat Verib özümə yeni bir şans Boş ver, getsin keçmiş Şeytan deyir, sil hər şeyi, yenidən yaz Hər yer olsa qaranlıq Daha deyiləm üzülən Çəksəz də pəncərəmə pərdə Günəşin işığı düşəcək üzümə Həyat uşaqlıq şəkillərindəki Gülüşündən bir parçadır Həyat bir nəfəslik ömürdür Aldığın nəfəslər borcadır Həyat axı səni özünə qaytaran Hər şeyi alandır əlindən Həyat sən böyüdükcə gündən-günə Sənin gözündə alçalır Sakit, səssiz həyat Verib özümə yeni bir şans Boş ver, getsin keçmiş Şeytan deyir, sil hər şeyi, yenidən yaz Hər yer olsa qaranlıq Daha deyiləm üzülən Çəksəz də pəncərəmə pərdə Günəşin işığı düşəcək üzümə
Writer(s): Mahammad Rafiq Oglu Isgenderov, Ceyhun Eliyev Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out